son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Bölgə təmsilçisi I Liqaya yüksəlməkdən imtina edib? - AÇIQLAMA

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 6-04-2025, 00:19

Hazırda II Liqada mükafatçılar sırasında yer almağa və I Liqaya yüksəlməyə iddialı olanlardan biri də “Şimal”dır.

Redaksiyamıza turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Xaçmaz təmsilçisi ilə bağlı məlumat daxil olub. Sən demə, "şimallılar" I Liqaya vəsiqə qazanmaq üçün lisenziya verməyəcək.

Buna səbəb klubun infrastruktur və bazasında ciddi problemlərin olmasıdır. Bu məlumatın nə dərəcə səhih olduğunu araşdırmaq üçün“Şimal”ın idman direktoru Elxan Yusifliyə müraciət etdik. Klub rəsmisi Sport1.az-a açıqlamasında bunları söylədi:

“Şimal” Azərbacan futbolunda gənc klublardan biridir. Yarandığımız gündən məqsədimiz daim peşəkarlaşmaq istiqamətində irəliləmək olub. Hansı liqada çıxış etməyimizdən asılı olmayaraq həmişə mükafatçılar sırasında yer almağa can atmışıq. Hazırda II Liqada ilk “3-lük”də yer alırıq və bütün məqsədimizi 3-cü pillədə mövqeyimizi daha da möhkəmləndirib, I Liqaya vəsiqəni təmin etməkdir. Bizdən yuxarıdakı pillədə yer alan rəqiblərimizlə xal fərqimiz çoxdur. Amma bizi izləyənlər, əsas da “Hypers Quba” ilə cəmi 4 xal fərqimiz var. Qarşıda 7 oyun qalıb. Bu matçların hər birində qalib gəlsək, əlçatan olmayacağıq və I Liqaya vəsiqəni təmin etmiş olacağıq. Təbii ki, futbolda bütün matçlar qələbələrlə tamamlanacaq deyə reallıq yoxdur. İstənilən sürpriz nəticələr də ola bilər. Həm biz, həm də rəqiblərimiz vacib xallar itirə bilər. Sözüm odur ki, “Şimal” öz iddiasında qalır. Bu məsələnin yaşıl meydanda apardığımız mübarizə tərəfidir. Digər nüanslara gəlincə, həm biz, həm də I Liqada mübarizə aparmağa iddialı olan klublar lisenziya almalıdırlar. Hələlik heç kim lisenziya almayıb. Biz daxil, digər komandalarda lisenziya üçün müraciət etmişik və cavab gözləyirik. İnfrastruktur yaralı yerimizdir, bunu danmırıq. Xaçmazın Olimpiya İdman Kompleksindəki stadionun tribunası normal vəziyyətdə olsa da, meydanın ölçüləri çox balacadır. I Liqanın standartlarına cavab vermir. Həmçinin qazon təbii olsa da, orda otdan əsər-əlamət qalmayıb. II Liqaya qoşulandan bir ev oyunumuzu doğma divarlar arasında keçirməmişik. Oyunlarımızı Siyəzəndə keçiririk. Amma baza-infrastruktur problemi tək bizdə deyil. Demək olar ki, bütün klublar bu çatışmazlıqdan əziyyət çəkir. Hətta futbolu ilə məşhur olan Qusar şəhərindən belə hazırkı stationda təmir və yenidənqurma işləri tamamlanmayıb. Ona görə də adı çəkilən bölgənin iki təmsilçisi ev oyunlarını başqa rayonlarımızda keçirir. “Şahdağ Qusar” Şamaxıda, Qusar isə “Neftçi”nin ehtiyyat meydançasında oynayır. Bu komandalarla müqayisədə “Şimal” Xaçmaza daha yaxın olan Siyəzəndə ev oyunlarını keçirir. Xaçmazdan Siyəzənə 70 km məsafədir. Həmçinin I Liqaya vəsiqə təmin edəcəyiksə və lisenziya şərtində də qeyd olunan ev qarşılaşmalarımızı keçirmək üçün normal standartlara cavab verən futbol məkanına sahib olmaq məsələsini də həll etməyə çalışırıq. Quba şəhər stadionunu icarəyə götürmək üçün “Hypers Quba” klubu və futbol arenasının rəhbərliyi ilə danışıqlar aparırıq. Düşünürəm ki, bu məsələdə qarşı tərəflə razılığa gələcəyik. Odur ki, bir daha xatırladıram, biz bürünc medallara sahib olmaq və I Liqaya yüksəlmək iddiamızdan əl çəkməmişik. Zəruri şərtlərlə bağlı da addımlar atırıq və atacağıq da”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR