son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

"Futbolda bəzən bəxt də lazımdır" - Fernandu Santuş

Bölmə adı Milli
Yayımlandı 10-06-2025, 22:45

Yoldaşlıq görüşündə Azərbaycan millisi Macarıstana məğlub oldu - 1:2.

Sport1.az xəbər verir ki, oyundan sonra Fernandu Santuş mətbuat konfransında iştirak etdi.

Mütəxəssis məğlubiyyət haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

“Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Futbolçularım buna tez reaksiya göstərdi və qol vurduq. Balanslı oyun getdi. Lakin ikinci topu qapımızda gördük. Sözsüz ki, ikinci hissə daha çətin keçdi. Çünki rəqibin heyəti yaxşı, keyfiyyətli futbolçulardan ibarətdir. Topa yaxşı sahib çıxırdılar. Futbolçularım sona qədər bərabərlik topunu vuracaqlarına inanırdılar. Bəziləri də yorulmuşdular. Buna görə də dəyişikliklər etdim və komandanı yenilədim. Oyunun son 10-15 dəqiqəsində 3 qol epizodumuz var idi. Lakin yenə son nöqtəni qoya bilmədik. Futbolda bəzən bəxt də lazımdır. Ümumi götürəndə son iki matçda oyunçularımdan razı qaldım. Daha da inkişaf etdilər”.

- Rza Cəfərov son dəqiqlərdə qol vurmaq üçün irəli gəldi. Bu, sizin tapşırığınız idi, yoxsa özünün?
- ⁠Əlbəttə ki, mənim.

- Qarşıdan rəsmi oyunlar gəlir. Hansı məqamlar sizi narahat edir?
- ⁠Bu, elə bir aspektdir ki, bu barədə futbolçularımla danışıram. Son təlim-məşq toplanışında nələr əksik idisə, bu dəfə onlar üzərində çalışdıq. Pis də alınmadı. Əlbəttə ki, çatışmayan cəhətlər var. Onların üzərlərində çalışmalıyıq. Amma futbolçularım bacardıqlarını da bilməlidirlər.

- Azərbaycanda kişilərin təqaüd yaşı 65-dir. Portuqaliyada neçədir?
- ⁠Bu suala cavab verməyəcəm. Bunun futbolla nə əlaqəsi?

- Həmkarınız bildirdi ki, qolda əl var idi. Siz necə düşünürsünüz?
- ⁠Bu, rəqib komandanın baş məşqçisinin dediyi bir şeydir. Məncə, Var olsa da, qol sayılacaqdı. Top özü əli tapdı.

- Milli 10 oyundur, qalib gələ bilmir. Siz hər dəfə onlardan razı qaldığınızı bildirirsiniz. Bəlkə tənqid edəsiniz?
- ⁠Həmişə elə demirəm. Bu təlim-məşq toplanışında daha yaxşı çıxış etdilər deyirəm. Bunu heç vaxt etməmişəm və etməyəcəm. Bu mətbuata çıxarılası bir şey deyil.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR