son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

Rahid Əmirquliyev bu komandadan təklif gözləyir - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 19-07-2025, 20:46

“Şahdağ Qusar” ötən mövsüm məğlub olmadan II Liqada çempion oldu.

Bunun nəticəsində də I Liqaya yüksəldi. Amma hələ də komandadan səs-soraq yoxdur. Qusarlılar toplanışa start verməyib.

Görəsən, komanda nə zaman toplaşacaq? “Şahdağ Qusar”ın I Liqada hədəfi nə olacaq? Suallarımızı Rahid Əmirquliyevə ünvanladıq. Qusar təmsilçisinin kapitanı mövzu ilə Sport1.az-a açıqlamasında bunları söylədi:


"Hələlik komanda olaraq bir araya gəlməmişik. Bir neçə dəfə rəhbərliklə görüşmüşəm, amma deyiblər ki, gözləyin, xəbər edəcəyik. Dəfələrlə demişəm ki, artıq digər klublar toplanışa start verib, transferlər edirlər, gecikməyimiz bizə baha başa gələcək. Yenə də eyni sözü deyirlər. Görünən odur ki, büdcə məsələsi dəqiqləşməyib. Mənim də müqaviləm bitib. Hazırda evdə oturaraq "Şahdağ Qusar" rəhbərliyindən xəbər gözləyirəm. Təbii ki, Qusar təmsilçisi böyük ehtimal I Liqada mübarizə aparacaq. Buna şübhə etmirəm. Ən azından çempion olaraq peşəkar liqaya yüksələn komandanın çıxışına əngəl yaratmazlar. Söhbət ondan gedir ki, qusarlılar hansı məqsəd uğrunda mübarizə aparacaqlar? Hələlik bütün diqqətim "Şahdağ Qusar"dan gələcəyi və oradan gələcək təklifdir. Çox istəyirəm ki, doğma komandamla yenidən peşəkar liqada oynayım".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR