14:11 26.08.2025 129

"Həddindən artıq soyuqqanlı olmalıyıq" - Qurban Qurbanov

“Hamımız bu oyunun önəmini bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək, əzmkarlıq da öz yerində olmalıdır".

Sport1.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Macarıstan) cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib

O, səfərdə keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarının komandasını rahatlaşdırmayacağını bildirib: "Sabah çox yaxşı rəqiqə qarşı mübarizə aparacağıq. İlk oyundakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən buna arxayın olmamalıyıq. Rəqib də bizim üçün ağır rəqibdir. Hər halda "Ferensvaroş"un riskə gedəcəyini bilirik. Biz bunu da nəzərə almalıyıq. Çalışmalıyıq ki, sona qədər oyundan qopmayaq, soyuqqanlılığımızı qoruyaq".

- Sabah “Qarabağ”ın daha çox qol buraxmamağı düşünəcəyini, sırf nəticə üçün oynayacağını gözləmək olarmı?

- Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza görə olub. Heç vaxt bundan əl çəkməmişik. Müdafiədən oynamaq düşüncəmiz yoxdur. Sabah bacardığımızı etməyə çalışacağıq. Bizim məqsədimiz həmişəki kimi baxımlı futbol oynamaqdır. Biz oyunu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Bizi hansı problem gözləyə bilər, bunu deyə bilmərəm. Sabah rəqibin hansı təzyiq göstərməsinə komanda hazır olmalıdır.

- Psioxloji tərəfdən belə oyunlara futbolçuları hazırlamaq çətindirmi?

- Bu, ən vacib detallardan biridir. İlk oyundan sonra çoxları bizi qalib kimi görür. Mən futbolçularla daha çox bu yöndə danışıram. Ən birinci yerdə duran psixoloji hazırlıqdır. İnanıram ki, bu işi öhdəsindən gəlmişik və futbolçular da nə edəcəklərini bilirlər.

- 8 il əvvəl “Kopenhagen"lə görüşdən sonra Çempionlar Liqasının qrup mərhələsinə düşdünüz. Onda daha rahat idiniz, yoxsa indi?

- Məşqçilik karyerası elədir ki, rahatlıq mümkün deyil. Amma inam çox önəmlidir. O vaxt da inam var idi, indi də. Amma rahatlığımız yoxdur.

- Azarkeşlərə sözünüz var?

- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də. Onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.

- Nəriman Axundzadənin durumu nə yerdədir?

- Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.

- Hakim təyinatı (fransalı baş hakimi Kleman Tyurpen-red.) bir qədər müzakirəyə səbəb olub. Bu müzakirəyə, narahatlığa əsas var?

- Mən tərəfdən narahatıq yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.

- "Ferensvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

- Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivlərdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentalitetdə idi. Robbi Kin kimi tanınmış futbolçunun isə hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hansısa fikir bildirsəm ki, əvvəlk güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımızda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılmaq istəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

- Mətbuatda belə bir xəbər yayıldı ki, “Qarabağ”ın yeni transferi (Kamilo Duran - red.) bu gün Bakıya gələcək. Bu transfer xəbəri doğrudur?

- Bəli, doğrudur.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək