son dəqiqə SON DƏQİQƏ
Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlib ● “Neftçi” Avropa Kubokunun əsas mərhələsində ● ABL-də yeni mövsümə start verilib ● Yığmamızın rəqibləri bəlli oldu ● "Mingəçevir Reqatası-2026"nın 2-ci günündə idmançılarımızdan 7 medal ● "Çox hücum etməli, dominant oyun sərgiləməliyik" ● "Üzərimizdə məsuliyyət var" ● Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” ● Stolüstü tennisçilərimiz Gürcüstanda 5 bürünc medal qazandılar ● Beynəlxalq Autizm Mərkəzinin şagirdləri "Neftçi"nin qonağı olublar ● "Turan Tovuz" - "İmişli" matçının yeri bu səbəbdən dəyişdirilib ● Azərbaycanın klub rəsmiləri mötəbər tədbirdə iştirak ediblər ● Avropa Çempionatında Azərbaycanı təmsil edəcək idmançılar ● Azərbaycan millisinin matçlarını bu kanal canlı yayımlayacaq ● Daha 2 turun oyun cədvəli açıqlanıb ● Boksçularımız Budvaya yollanacaq ● Tanınmış yaponiyalı mütəxəssis tələbələr üçün ustad dərsi keçib ● "Turan Tovuz" - "Fənərbağça": Qərb təmsilçisindən azarkeşlərinə ● Federasiyanın yeni prezidenti bilindi ● "Zirə"nin üzvü millidə "parladı": ● Mikelsin milli komandası DÇ-2026-da çıxış etmiş komandanı üstələdi ● "Neftçi"nin futbolçusu millinin heyətində meydandan 3 xalla ayrıldı ● Pokatilovun komandası məğlub olub ● "Neftçi" - "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılır ● IV MDB Oyunlarına ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib ● MMA döyüşçüsü Tahir Abdullayevin UFC-də növbəti rəqibi müəyyənləşib ● U-21 Avropa Çempionatının seçmə mərhələsində 8 oyun baş tutacaq ● Elvin Kərbəla ziyarətinə yollandı ●

Radikal paylaşımlarına görə klub transferindən imtina etdi

Bölmə adı Almaniya
Yayımlandı 7-08-2025, 19:34

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Fortuna Düsseldorf” israilli futbolçu Şon Vaysmanın transferindən imtina edib.

Sport1.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi açıqlama yayıb.

Bildirilib ki, futbolçunun keçmişdəki bəzi açıqlamaları və sosial şəbəkədə etdiyi paylaşımlar ictimaiyyətdə ciddi narazılıq yaradıb: “Şon Vaysman ilə yaxından tanış olduqdan sonra transferdən imtina etmək qərarına gəldik”.

Alman mətbuatında yer alan xəbərlərə görə, Vaysman daha öncə Qəzza ilə bağlı radikal mövqeyini paylaşıb. Belə ki, onun “Qəzza xəritədən silinməlidir”, “Qəzzaya niyə daha çox bomba atılmır?” kimi fikirləri azarkeşlərin qəzəbinə səbəb olub. Buna görə də tərəfdarlar klub rəhbərliyinə təzyiqlər göstərib. Bundan sonra klub transferi rəsmiləşdirməkdən imtina edib.

Qeyd edək ki, 28 yaşlı hücumçu daha əvvəl “Volfsberger” (Avstriya), “Real Valyadolid” və “Qranada” (İspaniya) kimi klublarda çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR