Misli Premyer Liqasının 7-ci turunun "Neftçi" - "Sabah" matçının biletləri mərhələli şəkildə satışa çıxarılacaq.
Sport1.az xəbər verir ki, öncə "Qərb 2" (2 manat), "Banişevski alt" (3 manat), "VIP Silver 1" (15 manat), "VIP Silver 2" (15 manat) və "VIP Family" (15 manat) sektorları satışa açılır.
Digər sektorlara giriş hüququ verən biletlər sonra satışa çıxarılacaq ("Qərb 1", "Forza", "Şərq 1", "Şərq 2" - 2 manat; "Şimal 1", "Şimal 2", "Banişevski üst" - 3 manat; "VIP Gold" - 20 manat).
Stadionun kassasında biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.