son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” 3 xalı 1 qolla qazanıb Qurban Qurbanov: “Keyfiyyətli futbol oynamaq bizim borcumuzdur” Zaur Həşimov: “Tovuzda daha güclü “Şəfa” görəcəksiniz” “Neftçi”dən inamlı qələbə "Neftçi" Qəbələdən 3 xalla qayıdıb, "Qarabağ" da turu qalib başa vurub Amil Ağacanov: “Bizim üçün ağır məğlubiyyət oldu” Vernidub: “Qəbələdə oynamaq hər zaman çətindir” "Kubokda bacardığımız qədər irələmək niyyətindəyik" Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb Gəncə derbisi keçiriləcək “Qarabağ” - “Şəfa”: I Liqa: "Xankəndi" MOİK-ə uduzub "Naxçıvan"dan növbəti transfer "Qəbələ" - "Neftçi": "Neftçi" yoxlama matçına çıxacaq "Turan Tovuz"un qapıçısı yığmada "Neftçi"nin futbolçusu ölkəsinə getdi Millimiz Dünya Çempionatına hazırlığı Göygöldə keçirəcək Cüdo üzrə Dünya Çempionatı: Millimizin ilkin heyəti açıqlanıb "Karvan-Yevlax"da ayrılıq "Kəpəz"də yeni ANLAŞMA Puxaç 2 il sonra yenidən millidə Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: 1-ci təsnifat mərhələsinin cütləri müəyyənləşib Azərbaycan Kuboku: Püşkatma 4 səbət əsasında keçirilir Tahir Gözəl bu bankın rəhbəri oldu Millimizin heyəti açıqlandı "Formula 1"ə görə bağlanacaq küçə və prospektlərin siyahısı açıqlandı

AFFA-dan yenilik: Məlumat bazası yaradılır - SƏBƏBİ AÇIQLANIB

Bölmə adı Futbol
Yayımlandı 9-09-2026, 20:15

AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.

Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.

AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.

Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR