Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, Ayxan Abbasovun komandası D Liqasının 2-ci qrupunun 2-ci turunda Litvanın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Litva ilk turda Lixtenşteyn üzərində qələbə qazanıb - 2:0.
Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək.
UEFA Millətlər Liqası. D Liqası.
2-ci qrup. 2-ci tur
17:00 Litva - Azərbaycan
Baş hakim: Menelaos Antoniu
Yan xətt hakimləri: Pavlos Qeorqiu, Eraklis Komodromos
Dördüncü hakim: Konstantinos Fellas
VAR: Marios Xristoforou
AVAR: Dimitris Solomu (AVAR)
"Dariaus ir Gireno" stadionu (Kaunas).