son dəqiqə SON DƏQİQƏ
“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Millətlər Liqası: İspaniya İngiltərə səfərində ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ●

Ayxan Abbasov: “Əsas məqsədimiz…”

Bölmə adı Millətlər Liqası
Yayımlandı Bu gün, 17:45

UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Dariaus ir Gireno” stadionunda keçirilən mətbuat konfransında sabahkı görüş barədə danışıb:

“Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Rəqibin son 4 oyununa nəzər salsaq, görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik.

Biz də yoldaşlıq oyunu keçirdik və həmin oyundan fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır.

Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR