son dəqiqə SON DƏQİQƏ
“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Millətlər Liqası: İspaniya İngiltərə səfərində ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ●

Millimizdən tarixi nəticə

Bölmə adı Döyüş
Yayımlandı Bu gün, 10:53

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub.

Sport1.az xəbər verir ki, medalların sayında və əyarında rekord vuran Azərbaycanın kişi boksçulardan ibarət millisi komanda hesabında ikinci yeri tutub.

Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız bu tarixi nailiyyətə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. İlk pilləni Rusiya (5-2-0) tutub, “üçlüy”ü Ukrayna (1-1-1) qapayıb. Ruslara finallarda 2 məğlubiyyəti Azərbaycan boksçuları yaşadıblar.

Millimiz kişi və qadın boksçuların komanda hesabında isə üçüncü yerdə qərarlaşıb və xüsusi kubokla mükafatlandırılıb. Bu siyahıda Rusiya (7-5-3) birinci, Türkiyə (4-1-5) ikinci yeri tutub.

Komandamızın heyətində Avropa çempionu olan Səidcəmşid Cəfərov isə yarışın ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, 43 ölkədən 406 idmançının mübarizə apardığı Avropa çempionatında Azərbaycan boksçularından Sübhan Mamedovla (50 kq) Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR