SON DƏQİQƏ
“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo turniri keçirilib.
Sport1.az xəbər verir ki, yarış Sumqayıt Təlim-İdman Zalında təşkil olunub. Turnirdə 2015-2016-cı il təvəllüdlü 100-ə yaxın cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq irsini gənc nəslə aşılamaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunu gücləndirmək olub. Turnir, həmçinin perspektivli idmançıların aşkar edilərək klubun seleksiya qruplarına cəlb olunması, onların fiziki hazırlığının yoxlanılması və yarış təcrübəsinin artırılmasına xidmət edib.
Turnir başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Mükafatçılara diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, yarışda şəhid ailələrinin üzvləri də fəxri qonaq qismində iştirak ediblər. Qaliblərin mükafatlandırılması mərasimində “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev, qurumun digər rəsmiləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Medal qazanan cüdoçular:
27 kq
30 kq
34 kq
38 kq
42 kq
46 kq
+46 kq