SON DƏQİQƏ
Gürcüstan millisinin baş məşqçi postunda dəyişiklik edilib.
Sport1.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyası Villi Sanyolla yollar ayrılıb.
2021-ci ildən millini çalışdırmış fransalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millini kimin çalışdıracağı da dəqiqdir. Yığma komanda Ramaz Svanadzeyə tapşırılıb. O, Gürcüstan yığmasını 2028-ci ilə qədər çalışdıracaq.
Qeyd edək ki, Ramaz Svanadaze "İnter"də (indiki "Şamaxı") Zaur Svanadzenin köməkçisi kimi işləyib.