Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində Litva ilə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov 7 futbolçuya - Ceyhun Nuriyev, Mustafa Əhmədzadə (hər ikisi "Araz-Naxçıvan"), Murad Xaçayev ("Neftçi"), Edqar Adilxanov ("Şamaxı"), Fərid Yusifli ("Şəfa"), Rəhim Sadıxov ("Turan Tovuz") və Anatoli Nuriyevə ("Kişvarda", Macarıstan) səfərdəki görüşdə ehtiyac duymayacaq.
Xatırladaq ki, Kaunas şəhərində keçiriləcək Litva - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.