son dəqiqə SON DƏQİQƏ
Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ● Niderland Serbiyanı, Danimarka Uelsi məğlub etdi ● "Uduzmamaq da önəmlidir" ● "Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi" ● "Qəbələ" I Liqa klubu ilə heç-heçə etdi ● "Araz-Naxçıvan" "İmişli"yə uduzdu ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə heç-heçə edib ● Azərbaycan milli komandasının üzvü bu klubda çıxış edəcək ● U-21 millimizin Şotlandiya ilə qarşılaşmasının hakim təyinatları ● Litva - Azərbaycan: ● Azərbaycanda oynamış futbolçu Gürcüstan millisini çalışdıracaq ● Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Günün oyunları: ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ●

“Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas

Bölmə adı Millətlər Liqası
Yayımlandı Dünən, 00:19

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının D2 qrupunda sabah Kaunasda Azərbaycan yığmasına qarşı keçiriləcək 2-ci tur matçı barədə fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, Yankauskas mətbuat konfransında bunları qeyd edib:

“Demək olar ki, Lixtenşteynlə oyun bizdən çox böyük güc tələb etmədi. Azərbaycan millisində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə də Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq. Düşünürəm ki, həqiqətən yaxşı heyətimiz və güclü ehtiyat oyunçularımız var. Heyətdə dəyişikliklər olacaq, amma bunlar mütləq rəqibin səviyyəsi ilə bağlı deyil.

Valdas Dambrauskasa gəlincə, onun komandası ilə əldə etdiyi tarixi nailiyyətə ürəkdən sevinirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycanda olarkən, düşünürəm ki, görüşmək, fikir və ya məsləhət mübadiləsi aparmaq üçün mütləq vaxt tapacağıq. Ancaq hazırda topladığımız biliklərə və özümüzün hazırladığımız məlumatlara güvənirik. Kifayət qədər məlumatımız var və hazırıq.

Bir neçə gün ərzində komandanı bir neçə fərqli oyuna hazırlamaq mümkün deyil. Biz hər matça ən vacib oyun kimi yanaşırıq. Sonra nə olacağını daha sonra nəzərdən keçirəcəyik. Buna görə də hazırda yalnız bazar günü keçiriləcək matça köklənmişik və bu oyun bizim üçün prioritetdir”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR