NTD iki basketbolçu ilə müqavilənin müddətini yeniləyib.
Sport1.az xəbər verir ki, klub Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə sözləşmənin müddətini daha 1 il uzadıb.
Hər iki oyunçu Azərbaycanın U-20 millisinin üzvüdür.
Bununla yanaşı, Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısəməd Oğuz NTD-dən ayrılıblar.
Eyni zamanda Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilə yenilənməyib.