"Neftçi" milli komandaların oyunları üçün yaranan fasilədə hazırlığını davam etdirir.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında futbolçular ikitərəfli oyun keçiriblər.
Əvəzedici komandadan 6 oyunçu məşqlərə çağırılıb.
Xatırladaq ki, paytaxt təmsilçisi Misli Premyer Liqasının 7-ci turunda "Sabah"la üz-üzə gələcək.
Görüş oktyabrın 9-u, saat 19:30-da "Palms Sports Arena"da baş tutacaq.