Azərbaycan yığması bu gün Kaunas şəhərində Millətlər Liqası çərçivəsində Litva ilə üz-üzə gələcək.
Sport1.az xəbər verir ki, oyundan öncə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də qurumun əməkdaşları 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.