son dəqiqə SON DƏQİQƏ
Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ●

“Sabah” göstərdi ki, “Çelye” şişirdiləsi komanda deyil” - AÇIQLAMA

Bölmə adı Avropa Liqası / Manşet
Yayımlandı 19-07-2025, 21:12

“Sabah” Avropa Liqasında mübarizəni başa vurdu.

“Bayquşlar” səfərdə “Çelye” ilə heç-heçə etdilər – 3:3. Bakı təmsilçisində mərhələni keçmək üçün nə çatmadı? Valdas Dambrauskas səhvi nədə oldu? Suallarımızı Fərid Namazova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Hər iki oyuna nəzər yetirəndə görürsən ki, “Sabah” mərhələ keçməyə layiq idi. “Çelye”ni gözümüzdə çox böyütmüşdük. Səfərdəki görüşdə təmsilçimizin erkən qol vurması bir daha göstərdi ki, Sloveniya klubu şişirdiləsi komanda deyil. Oyuna yaraşmayan qol buraxmaqla təşəbbüsü rəqibə verdik. Rəhman Daşdəmirovun penaltiyə səbəb olan epizodunu nəzərdə tuturam. Təbii ki, “bayquşlar” ruhdan düşmədilər və Mikelsin yüksək performansı sayəsində iki dəfə hesabda önə keçməyi bacardılar. Bir qədər təcrübəsizlik və boşluqlar qol buraxmağımıza səbəb oldu. Təbii ki, komandanın daxilindəki bütün abu-havanın baş məşqçi hamıdan yaxşı bilir. Amma şəxsi qənaətim budur ki, bəzi oyunçular, əsas da Cessi Sekidika ilk dəqiqələrdən meydan oynasa, daha yaxşı olardı. İstənilən halda “Sabah” yaxşı mübarizə apardı. Onların Konfrans Liqasında daha yaxşı mübarizə aparacaqlarına inanıram”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR