son dəqiqə SON DƏQİQƏ
Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ●

Sərbəst güləşçilər reytinq turnirində 5 medal qazandı

Bölmə adı Güləş
Yayımlandı 18-07-2025, 23:29

Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.

Sport1.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabıyla üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.

Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.

Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.

Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb. Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.

Müəllif: Sport1.az