son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

17 paralimpiyaçımız Avropada ölkəmizi təmsil edəcək

Bölmə adı Digər turnirlər
Yayımlandı 18-07-2025, 15:14

Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək paralimpiyaçılar müəyyənləşib.

Sport1.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində 21-28 iyul tarixlərində 7-ci dəfə təşkil olunacaq Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya komandası debüt edəcək.

Paralimpiyaçılarımız 9 idman növü üzrə keçiriləcək oyunların 7 növündə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq.

Ölkəmizi parataekvondoda K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova (47 kq), paracüdoda J2 kateqoriyası üzrə Ömər Qurbanov (62 kq), Hüseyn İsmayılzadə (70 kq) və Elnarə Nizamlı (60 kq), bocciada Fidan Səfquliyeva (BC2 kateqoriyası) ilə Günel Rzazadə (BC4 kateqoriyası), paraüzgüçülükdə Əli Vəliyev ilə Murad Məmmədov, paraatletikanın uzunluğa tullanma növündə Ayşə Arabova, parastolüstü tennisdə Ləman Abdulhəmidova, parakamandan oxatmada isə İsmayıl Allahverdiyev təmsil edəcək.

33 ölkədən 700-ə yaxın idmançının iştiraki ilə təşkil olunacaq yarışlar 23-27 iyul tarixlərində paraatletika üzrə Enka İdman Mərkəzində, digər bütün idman növləri üzrə isə Cebeci İdman Kompelsində baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR