son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

"Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur”

Bölmə adı Döyüş
Yayımlandı 16-07-2025, 12:58

“Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük”.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi Əminə Tağı deyib.

50 kq-da qitənin ən güclüsü adına yiyələnən 15 yaşlı boksçu qələbəsini dəyərləndirib. O bildirib ki, yarışa yollananda hədəfi qızıl medal olub:

“Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim. Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm. Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. Bunun da nəticəsində rinqdə inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbə qazandım. Sevincliyəm. Mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur”.

Əminə Tağı əsas məqsədini də açıqlayıb. Onun sözlərinə görə, ən böyük hədəfi Olimpiya Oyunlarında uğur qazanmaqdır:

“İndi etdiyim bütün məşqlər və əziyyətlər 4 illiyin möhtəşəm yarışına hesablanıb”.

Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR