son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

Yeni AFFA rəhbərliyinin ilk doğru qərarı - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 15-07-2025, 14:26

Sevinirəm. Axır ki!

Rövşən Nəcəf AFFA prezidenti olandan sonra qurum ilk dəfədir ki, doğru qərar verib. Bunu inkişafdan hesab etmək olar. Nədir bu qərar?

Bəxtiyar Musayevə AFFA-da iş verilib. Veteran futbolçu AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub. Xeyirli olsun!

Yəqin ki, AFFA prezidenti başa düşdü ki, "ekosistem", "əkşn plan" kimi sözlərlə baş aldatmaq olmayacaq. Ya da Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşmək iş deyil. Rövşən Nəcəf anladı ki, AFFA-da xaos yaradan yox, işləyən adamlara ehtiyac var.

İndi kimsə deyə bilər ki, Ayxan Abbasovun U-21-ə təyinatını doğru adlandırmaq olar. Mən belə düşünmürəm. Bəli, Abbasov 21 yaşadək milli komandamızın baş məşqçisi olmağa layiqdir. Amma gərək ya “Şamaxı”nı seçərdi, ya da yığmanı. İkisi bir yerdə olan iş deyil! Təki bu fikrimdə yanılım!

Bəxtiyar Musayevi təbrik edirəm. Ümid edirəm ki, yeni vəzifəsində uğurlu olacaq. İşsiz olduğu dönəmdə iddialı açıqlamaları ilə diqqət çəkirdi. Media vasitəsi ilə milli komandanı, AFFA-nı, klublarımızı tənqid edirdi. Ümid edirəm ki, özü səhvləri ilə medianın tənqid atəşinə tuş gəlməyəcək!

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR