son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

III MDB Oyunları: Daha bir ölkə iştirakını təsdiqlədi

Bölmə adı Digər turnirlər
Yayımlandı 15-07-2025, 13:19

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir.

Sport1.az xəbər verir ki, artıq Türkmənistan da yarışa gələcəyini təsdiqləyib.

Onlar Oyunlara 170 idmançı sifariş ediblər. Bununla da ölkəmizdə keçiriləcək yarışa qatılacaq ölkələrin sayı 8-ə yüksəlib. Daha öncə ev sahibi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu komandalar 1846 idmançı və 2666 nümayəndə ilə təmsil olunacaq.

Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarış gənc idmançılar arasında dostluğun, birliyin və idman ruhunun təcəssümünə çevriləcək və regionun ən mötəbər idman tədbirlərindən biri olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR