son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

"Sabah"ın baş məşqçisi: "Heç bir qol plana daxil deyil"

Bölmə adı Avropa Liqası
Yayımlandı 10-07-2025, 22:46

"Sabah" "Sele" ilə ilk oyundan dərs çıxaracaq.

Sport1.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Sele”yə (Sloveniya) qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bunları söyləyib:

"Sele"ni təbrik etmək istəyirəm və azarkeşlərə təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki məğlub olduq. Bu oyundan dərslər çıxarmalı və daha yaxşı çıxış etməliyik. Rəqib haqqında az informasiyamız vardı. Çox yaxşı komandaya qarşı çıxış etdik. Bilirdik ki asmalardan istifadə edəcəklər. Təəssüf ki qol vəziyyətlərindən istifadə edə bilmədik. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq. Amma müharibəni uduzmamışaq. Sloveniyada əlimizdən gələni edəcəyik. Bu matçdan dərs çıxaracağıq".

Mütəxəssis rəqib baş məşqçinin bu oyunda "Sabah"dan daha güclü olması fikri ilə razılaşmayıb:

"Hər məşqçinin öz fikri var. Düzdür ilk görüşdə qələbə qazanıblar. Amma qarşıda ikinci görüş var. Gəlin həmin oyundan sonra bu suala cavab verək".

O buraxılan erkən qolla bağlı danışıb:

"Ümumiyyətlə heç bir qol plana daxil deyil. Bəzən belə alınır. Bizim də qol vəziyyətlərimiz oldu. Qapı tirinə dəyən topumuzi xatırlayıram. Amma məşqçilər korpusu olaraq öz pıanlarımıza uyğun hazırlaşacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR