son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

"Barselona"nın sabiq futbolçusu Bakıya gələcək

Bölmə adı Konfrans Liqası
Yayımlandı 10-07-2025, 22:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" klubu İspaniya "Selta"sının futbolçusu Karles Peresi icarəyə götürüb.

Sport1.az Saloniki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı sağ cinah yarımmüdafiəçisi sonradan birdəfəlik alınması hüququ ilə transfer edilib.

İspaniyalı futbolçu hələ 14 yaşında "Barselona"nın yeniyetmələrdən ibarət komandasına qoşulub. O, 2019/2020 mövsümündə Kataloniya klubunun əsas komandasına düşüb, 13 oyunda 2 qol, 3 məhsuldar ötürmə müəllifi olub. Daha sonra Peres İtaliya "Roma"sına yarım illik icarəyə verilib. Paytaxt təmsilçisi sonradan 13 milyon avro ödəyərək, onu əldə edib.

"Roma"da 2 mövsüm ərzində 76 oyun keçirən Peres 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra isə o, "Selta"ya 1 mövsümlük icarəyə verilib. Daha sonra Viqo klubu onu 5,2 milyon avroya əldə edib.

Ardından isə futbolçu "Xetafe"yə icarə əsasında keçib.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR