son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

Jota sürət həddini aşmayıb - AÇIQLAMA

Bölmə adı Futbol
Yayımlandı 10-07-2025, 12:12

Portuqaliya millisinin və "Liverpul" futbol klubunun hücumçusu Dioqu Jota ilə qardaşı Andre Silvanın ölümü ilə nəticələnən qol qəzasının şahidi olan yük avtomobilinin sürücüsü Joze Azevedu faciəvi hadisənin detalları barədə danışıb.

Sport1.az xəbər verir ki, Azevedunun fikirlərini Portuqaliyanın "Record" nəşri yayıb. Hadisə zamanı yük avtomobilinin sürücüsü baş verənləri kameraya çəkib.

"Mən video çəkirdim və kömək etmək üçün dayandım, amma təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. O gecə nələrdən keçdiyimi bilirəm. Düzünü desəm, maşında kimin olduğunu bilmirdim. Jotanın ailəsinə başsağlığı verirəm. Əmin edirəm ki, onlar sürət həddini aşmamışdılar. Mən avtomobilin markasını və rəngini görə bildim. Mən bazar ertəsindən şənbəyədək hər gün bu yoldan istifadə edirəm və onun (yolun - red.) pis olduğunu bilirəm. Bu qaranlıq bir yoldur, amma mən maşının markasını və rəngini ayırd edə bildim. Təəssüf ki, olanlar oldu".

Azevedu yanğınsöndürəndən istifadə edərək portuqaliyalıya kömək etməyə çalışıb.

Xatırladaq ki, futbolçular İspaniyanın şimal-qərbində həlak olublar. Ötmə hərəkətini yerinə yetirərkən Jotanın idarə etdiyi "Lamborghini" markalı avtomobilin təkəri partlayıb, nəticədə avtomobil yoldan çıxaraq alovlanıb.

Jota və "Penafiel"də çıxış edən qardaşı Silvanın dəfn mərasimi iyulun 5-də Portuqaliyada keçirilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR