son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ●

Albert Riyera: "Bakıdakı matç hər şeyi həll etmir"

Bölmə adı Futbol
Yayımlandı 9-07-2025, 12:50

“Ötən mövsümlə müqayisədə start heyəti yaxşılaşdırmaq bizim üçün çətin olacaq, amma məqsədim komandanı təkmilləşdirməkdir”.

Sport1.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək "Tselye" klubunun baş məşqçisi Albert Riyera Sloveniyadakı mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis sərəncamında olan heyətdən razı olduğunu və əlavə gücləndirmələr planlaşdırmadıqlarını söyləyib:

“Sistemimizdə özünü sübut edə biləcək oyunçular axtarırdıq və düşünürəm ki, buna nail olduq. Məqsədlərimizdən biri oyunçuların ümumi sayını azaltmaq, eyni zamanda daha geniş rotasiyaya sahib olmaq idi. İndiki oyunçularımla fərqli taktiki seçimlərim var".

O, yarımmüdafiə xəttinə yeni cəlb olan oyunçulara ümid bəslədiyini bildirib:

“Nafta”dan gələn David Hrka və iki ildən sonra Çindən Sloveniyaya qayıdan Andrey Kotnik mənim oyun üslubuma uyğun futbolçulardır. Əminəm ki, bu, onlara ən yaxşı keyfiyyətlərini göstərməyə imkan verəcək".

Riyera komandasının cəmi bir hazırlıq oyunu keçirməsindən narahat olmadığını əlavə edib:

"Pis oyunlardansa yaxşı məşq etməyi üstün tuturam. Komanda olaraq çox oynamışıq və dünən indiyə qədərki ən yaxşı məşqimiz oldu. Komandamız hazırdır".

Baş məşqçi "Sabah"la keçiriləcək ilk oyunda sərfəli nəticə qazanacaqlarına inandığını deyib:

"Bakıda keçiriləcək ilk matç hər şeyi həll etmir. Növbəti matç Tselyedədir. Təbii ki, yaxşı oyun göstərmək istəyirik".


O, istənilən rəqiblə rəqabət apara biləcəklərini vurğulayıb:

"Klub üçün ən vacib dövr elə başlanğıcdadır. Bu ilk ay həlledici olacaq, çünki biz yenidən Avropa yarışlarının qrup mərhələsində oynamaq istəyirik. Bu üç həftə ərzində fikrimi, oyun üslubumuzun mümkün qədər tez təkmilləşməsinə diqqət yetirmişəm. Avropada oynamaq istəyirsinizsə, fərqli rəqibləri məğlub etməlisiniz".

Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR