Bekao İtaliyaya qayıda bilər

Bölmə adı Türkiyə
Yayımlandı 7-07-2025, 00:34

"Fənərbağça"nın üzvü Rodriqo Bekao yenidən İtaliyaya qayıda bilər.

Sport1.az xəbər verir ki, braziliyalı ilə "Udineze" maraqlanır. Sabiq komandası müdafiəçini geri qaytarmaq niyyətindədir.

Futbolçunun İstanbul təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var. Onun hazırkı dəyəri 5,5 milyon avrodur.

Qeyd edək ki, Bekao ötən mövsüm meydana çıxdığı 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR