son dəqiqə SON DƏQİQƏ

“Şahdağ Qusar”dan darmadağın

Bölmə adı I Liqa
Yayımlandı Dünən, 23:47

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Şahdağ Qusar" yoxlama oyununda qüvvəsini sınayıb.

Sport1.az xəbər verir ki, Füzuli Məmmədovun yetirmələri "Mingəçevir"lə üz-üzə gəliblər.

Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şahdağ Qusar"ın heyətində İdir Butrif dubl, Arsene Dauda het-trik edib. Digər qolları isə Aqil Nəsibov, Famil Camalov və Dalton vurub.

Müəllif: Cahan