11:55 5.07.2025 687

Halal məşqçi - KÖŞƏ

Təzə şey ixtira etmişəm. Adını da qoymuşam halal məşqçi. Soruşa bilərsiniz ki, bu, nə mənə şeydir?

Mədəni-əxlaqi görüşləri necədir?
Əvvəlcə onu qeyd edim ki, halal məşqçi unikallığı ilə seçilir. Bu səbəbdən də mütləq azərbaycanlı olmalıdır. Yaşı 35-dən çoxdur. Ailəlidir, iki uşaq atasıdır. Ala-yarımçıq dini bilikləri var. Çoxlu məşədi, hacı dostları olur. Onlarla münasibəti ilə fəxr edir. Dilindən "Şükür Allaha", "Amin", "Əlhəmdülillah", "Həmd olsun", "İnşallah", "Maşallah", "Allah qoysa", "Allahın köməyi ilə", "Ya Allah", "Bismillah" kimi söz və ya söz birləşmələri əksik olmur.

Halal məşqçinin keçmişi necədir?
Futbolçu illərində ən az 6-7 Azərbaycan klubunda çıxış edib. Dostları sayəsində İranda, Rusiyada, Qazaxıstanda, ən yaxşı halda Türkiyədə top qovub. Avropanın öndə gedən ölkələrində futbol oynamaq şansını ancaq milli komanda sayəsində əldə edib. Təsadüfən Polşanın, Çexiyanın, Avstriyanın hansısa klubunda çıxış edibsə, ya mentaliteti bəhanə edərək, ya da ana/atasından ötrü darıxdığını bildirərək elinə-obasına, doğma yurduna qayıdıb. Millinin biabırçı məğlubiyyətlərinin birində ən azı 5 dəqiqə meydanda olub.

Bəs məşqçiliyə necə başlayıb?
Karyerasının sonlarına doğru biznesin onun üçün olmadığını anlayıb. Sahibi olduğu obyektləri tez-bazar əldən çıxardıb, ən yaxşı halda qohum-əqrabalarına tapşırmışdır. Daha sonra AFFA-ya gedib-gəlib, futbolçu olduğu illərdə əldə etdiyi biliklərə güvənərək məşqçilik kurslarına başlamışdır. Bir müddət sonra tanışlıqlardan istifadə edərək hansısa klubunun akademiyasında işə girib. Premyer Liqa klubunda çalışan dostunun olması halal məşqçi üçün öncəlikdir. Çünki onun yanında köməkçi işləmək ehtimalı vardır. Bəlkə də bir gün dostu qovulanda, ya istefa verəndə ondan halallıq alaraq yerinə keçəcəkdir. Klub prezidenti dostu olmaq isə halal məşqçi üçün bu bazara bir addım daha öndə başlamaq deməkdir. Nəzərə alaq ki, həmin dost ən azı 3 il qəhrəmanımızı işlə təmin edəcəkdir. Bu müddət ərzində işin sirrlərini öyrənmək olur. Hətta uğur qazanmaq da mümkündür.

Hansı bacarıqları vardır?
Rus dilində səlis danışdığını düşünür. İngiliscə "bilir". "Şut", "zaşita", "ştraf", "istenka", "muv", "seknd bol", "aut", "izi" ən çox istifadə etdiyi sözlərdir. 5-4-1 "oynatmır", 3-6-1-dən istifadə edir. Çünki cinahdakıları həm müdafiəçi, həm də də yarımmüdafiəçi kimi oynadır. 2 nəfəri də dayaq yarımmüdafiəçisi kimi istifadə edir. Oyunu "8" nömrənin üstündə qurur. Pleymeykərə ikinci hücumçu kimi baxır. Forvardı mütləq əcnəbi olmalıdır. Komandasında 28-dən çox yaşı olan yerli hücumçu da saxlamalıdır. Fiziki məşqçisi əcnəbidir. Çünki işinə ciddi yanaşır. Analitik qrupu rəqibin bütün sirrlərini təhlil edərək ona təhvil verir. Özü isə bütün günü yutubda Qvardiola, İnzaqi, Klopp, Mourinyo kimi məşqçilərin işləri bağlı videoları izləyir. Özünəməxsus taktiki sxemi, fəlsəfəsi yoxdur. Düşünür ki, Azərbaycanda bunun üçün şərait də yoxdur. Nəyinə lazımdır özünü yorsun?

Hansı keyfiyyətləri var?
Kitab oxumur, çünki vaxtı yoxdur. İntellektual oyunlarda iştirak etməyi sevmir. Çox fikirləşəndə başı ağrayır. Əsas hobbisi çayxanada domino oynamaq, öz sferasındakı şəxslərlə görüşmək, ölkə futbolunu müzakirə etmək, şəraitsizlikdən gileylənməkdir. Halal məşqçi heç vaxt AFFA əlehinə açıqlamalar vermir. Çünki nə vaxtsa aşağı yaş qrupu üzrə millələrdə işləmək imkanı ola bilər. Ya da federasiyada hansısa departamentdə kreslo sahibi olmaq potensialındadır.

Əsas qayəsi nədir?
Ortabab, 7-8 milyon büdcəsi olan klubda çalışmaq əsas öncəliyidir. Bəxtəxuda avrokuboklara getmək onun üçün uğur hesab edilir. Uğursuz komandanı Premyer Liqada saxlamaq Fərhad kimi dağları yarmaq deməkdir. Özü işdən ayrılsa, qovulsa, mütləq şəkildə xələfi ona zəng edərək halallıq almalıdır. Xəyalı əsas milli komandanı çalışdırmaqdır. "Qarabağ"da işləmək gizlətdiyi həsrətidir. "Neftçi"nin baş məşqçisi olmaq üçün alışıb-yanır. "Sabah"la adının hallanması onun üçün xoşbəxtlikdir. "Zirə"dən əlini üzüb. "Araz-Naxçıvan" onun üçün yağlı tikədir. "Turan Tovuz" arzu olunan komandadır. "Kəpəz", "Qəbələ" əlçatan zirvələrdir. Böyük həyəcanla "İmişli"nin əcnəbi məşqçisinin uğursuzluğunu gözləyir. "Karvan"ı isə Premyer Liqada saxlamaq potensialındadır. Azərbaycan Premyer Liqasının qalibi olmağı düşünmür. Çünki "Qarabağ"la kim başabaş oynaya bilir ki? Kubokun qalibi olmaq haqda isə düşünməyə cəsarət edir. Xaricdə işləmək nəyinə lazımdır? Evinin içində aylıq ən azı 7-8 min manat qazanmaq potensialı var. Hələ "premyaları" demirik.

Halal məşqçi bəlkə də qəbullanıb ki, xaricdə o, heç kimə lazım deyil.

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?