son dəqiqə SON DƏQİQƏ
"Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ●

Azərbaycan çempionatı başa çatdı

Bölmə adı Digər
Yayımlandı 3-07-2025, 10:10

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən şose velosipedi üzrə ölkə çempionatına yekun vurulub.

Sport1.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançının mübarizə apardığı yarışın sonuncu günündə gənc oğlanlar və Elit/U-23 yaş qrupunda olan kişilər 110 km məsafəyə qrup ötüşməsində ən güclüləri müəyyənləşdiriblər.

Gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin idmançısı Artyom Proskuryakov hamıdan güclü olub. Onun komanda yoldaşı Əli Baxşıyev finiş xəttini 3-cü keçib. Gümüş medalı “Elçin Əsədov Velosiped Məktəbi”nin yetirməsi Süleyman Ələkbərov əldə edib.

Elit/U-23 yaş qrupunda “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin üzvü Musa Mikayılzadə fərdi ötüşmədə olduğu kimi, qrup ötüşməsində də Azərbaycan çempionu olub. Gümüş və bürünc medalları isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri - Tural İsrafilov və Nofəl Nuriyev qazanıblar.

Gənc oğlanlar (110 km)

1. Artyom Proskuryakov (ROEQİUGVM) – 3:35.35
2. Süleyman Ələkbərov (AE Cycling School) – 3:37.25
3. Əli Baxşiyev (ROEQİUGVM) – 3:40.18

Elit/U-23 kişilər (110 km)

1. Musa Mikayılzadə (GPVK) – 3:17.06
2. Tural İsrafilov (ROEQİUGVM) – 3:23.57
3. Nofəl Nuriyev (ROEQİUGVM) – 3:45.05

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR