SON DƏQİQƏ
“Qalatasaray” komandasının baş məşqçisi Okan Burukun gələcək planlarına daxil olmayan Kərəm Dəmirbay klubdan ayrılmaq üzrədir.
Sport1.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Eyüpspor”la anlaşıb.
O, İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kərəm Dəmirbay ötən mövsüm “cim-bom” forması ilə 34 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.