Mahir ilk qolunu vurdu

Bölmə adı Almaniya
Yayımlandı 28-06-2025, 19:37

Mahir Emreli "Kayzerslautern"in heyətində ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Lüksemburqun "Saar" klubu ilə yoxlama görüşündə iştirak edib.

27 yaşlı futbolçu start heyətində meydana daxil olub və fasilədə əvəzlənib.

Qarşılaşma "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir komandasının 5-ci qolunu vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR