son dəqiqə SON DƏQİQƏ
Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ●

Boksçularımızdan Sofiyada 5 medal

Bölmə adı Döyüş
Yayımlandı Bu gün, 22:04

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. 

Sport1.az xəbər verir ki, komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.

75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa Çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.

Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR