son dəqiqə SON DƏQİQƏ
NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ●

İK-nın qaranlıq iclasları: Mikrofon və qələm girə bilməz - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 27-06-2025, 20:22

2 gün öncə növbəti dəfə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi.

Qurumun toplantısında müzakirə olunan mövzular birmənalı qarşılanmır. İctimaiyyət İcraiyyə Komitəsindən ölkə futbolu ilə bağlı mühüm məsələlərin həll olunmasını gözləyir. Nədir onlar?

1. Fernandu Santuş milli komandanı 10 matçda meydana çıxarıb. Lakin bu görüşlərdə qələbə qazana bilməyib. Uğursuz məşqçi ilə hələ də yola davam ediləcəkmi?
2. Premyer Liqanın 2025/26 mövsümündə yerli oyunçu meydana buraxan komandalara hansı sistemlə bonuslar veriləcək?
3. I Liqanın 2025/26 mövsümündə legioner limiti necə olacaq?

Bunlar göz önündə olan suallardır. Hələ nə qədər başqa məsələlər də açıq qalıb. Niyə? Çünki İcraiyyə Komitəsinin üzvləri əlçatmazdırlar. Təkcə Qurban Qurbanovu tapmaq asandır. O da iclaslarda iştirak etmir.

Bəs bu suallara necə cavab tapaq?

Əvvəllər İcraiyyə Komitəsinin iclaslarının keçirilmə vaxtları ictimaiyyətə açıqlanırdı. Media nümayəndələri də toplantı başlayandan bitənə qədər tədbirin keçirildiyi məkanın qarşısında gözləyirdi. İclas bitəndən sonra ən azı 2-3 İcraiyyə Komitəsinin üzvü sorğu-sual edilirdi.

İndi isə hər şey gizli şəkildə keçirilir. Öz bildikləri kimi qərarlar qəbul edirlər. Sorğu-sual etməyimizə də imkan yoxdur.

Niyə? Nə üçün İcraiyyə Komitəsinin üzvləri media nümayəndələri üçün əlçatmaz olublar? Yoxsa, onlar jurnalistlərdən qorxurlar?

Təbii ki, AFFA İcraiyyə Komitəsinin iclaslarının vaxtını ictimaiyyətə açıqlamaya bilər. Bu, qurumun hüququdur. Amma jurnalistlərdən qaçmaq Rövşən Nəcəfin rəhbərliyindəki quruma hansısa başucalığı gətirmir.

Yadınıza gəlirsə, AFFA-nın Hesabat Konfransında federasiyanın prezidenti bildirmişdi ki, həm İnkişaf Strategiyasının tətbiqi, həm də qurumun fəaliyyəti ilə bağlı media nümayəndələrindən təkliflər gözləyir.

Hörmətli Rövşən Nəcəf, axı hərəkətlərinizlə dediyiniz üst-üstə düşmür. Yəqin sizin tətbiq etdiyiniz ekosistemdə İcraiyyə Komitəsinin üzvləri jurnalistlər üçün əlçatmaz olmalıdır. Amma belə dünya yoxdur.

İcraiyyə Komitəsinin gizli iclasları mediada saxta, mənbəsi olmayan xəbərlərin çoxalmasına səbəb olur. Bunun da tək günahkarı sizin qəbul etdiyiniz qərardır. AFFA-nın İcraiyyə Komitəsinin iclasları ilə bağlı gündəmə düşən xəbərlərin şəffaf və qərəzsiz olmasını istəyirsinizsə, media nümayəndələri üçün qapıları açıq tutun.

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR