son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

Mağarada gizlənən ekosistem - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 3-06-2025, 15:35

Dünən sosial şəbəkələrdə maraqlı məlumat oxudum.

Alimlər Çinin Quanqsi şəhərində nəhəng çuxurda - yerin 197 metr altında gizlənmiş meşə tapıblar. Təbii mağaranın içərisində elmə məlum olmayan 40 metr hündürlüyə sahib ağac növləri yetişir. Burada kəşf olunmamış müxtəlif canlıların yaşadığı düşünülür. Çünki mağaranın özünəməxsus ekosistemi var.

Ekosistem? Nəsə tanış gəldi. Hə, yadıma düşdü! AFFA prezidenti Rövşən Nəcəfin idman mediasına gətirdiyi neologizmdir. Yadınıza gəlirsə, qurum rəhbəri tez-tez özlərinə məxsus ekosistem yaradacaqlarını dilə gətirmişdi.

Amma ortalıqda heç nə yoxdur. Nə inkişaf strategiyasından xəbər var, nə də ekosistemdən. Yəqin ki, Rövşən Nəcəfin tətbiq etmək istədiyi ekosistemin üzərində alimlər çalışır. Ya da bu ekosistem də Çinin Quanqsi şəhərindəki nəhəng çuxurda gizlənib. Görəsən, Rövşən Nəcəfin ekosistemində də elmə məlum olmayan nələrsə var? Çünki nə qədər gözləsək də, ictimaiyyətə bu haqda hansısa məlumat verilmir.

Ekosistemi qoyaq bir kənara! Həmişə mövsüm başa çatanda AFFA rəsmilərindən kimsə media önünə çıxaraq “futbol ili” ilə bağlı müsahibə verirdi. Bu il isə belə olmadı. Nə baş katib Cahangir Fərəcullayevdən, nə vitse-prezident Sərxan Hacıyevdən, nə də rəhbər Rövşən Nəcəfdən səs çıxmadı. Yaxşı, Premyer Liqanın mükafatlandırma mərasimində AFFA-nın prezidenti orada yox idi. Şəxsən düşündüm ki, Azərbaycan Kubokunun finalından sonra adını çəkdiyim şəxslərin brifinqi olacaq. Amma çifayda!
Yadıma gəlir, Sərxan Hacıyev baş katib olanda bütün mükafatlandırmalardan sonra cəsarətlə media qarşısına çıxırdı. Örtülü də olsa, suallara cavab verirdi. Rövşən Nəcəfin ekosistemindən sonra Sərxan bəy də qorxuya düşüb.

Əntiqədir! Halal olsun Rövşən Nəcəfə! Alimlər Quanqsidəki mağarada tapılan meşənin ekosistemindən baş açırlar, araşdırma aparırlar. Amma bizim AFFA-nın ekosistemindən nəsə anlamaq mümkün deyil...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR