"Əziz dostlar, bu gündən etibarən "Turan Tovuz" media komandası ilə əməkdaşlığımı (könüllü göstərdiyim bütün köməklikləri) tam şəkildə dayandırıram".
Sport1.az xəbər verir ki, bu sözləri fotoqraf Nihad Yusif sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
O, narazılığını açıq şəkildə ifadə edib:
"Bacarıqsız və gördüyü işin məsuliyyətini dərk etməyən insanlarla işləmək artıq məni yorub.
Əmin olun ki, komandada yaşanan problemlər yalnız yaşıl meydanda hakim ədalətsizliyi ilə məhdudlaşmır.
Azarkeşi komandadan uzaqlaşdıran və küsdürən problemlər yarıtmaz media komandasında da mövcuddur.
Tənqiddən nəticə çıxarmaq lazımdır! Bu qərarımın səbəbləri ilə bağlı yaxın zamanda daha ətraflı danışacağam.
"Turan" adının böyüklüyü və "Turan" sevgim kimlərinsə məsuliyyətsizliyinə görə heç vaxt bitməyəcək!
Davamı olacaq..."