Tacikistan seçməsi ilə yoldaşlıq matçında zədələnən millimizin futbolçuları - Mahir Emreli və Abdulla Xaybullayevin durumu məlum olub.
Sport1.az xəbər verir ki, futbolçuların zədəsi ciddi deyil.
Emrelidə qismən narahatlıq olsa da, MRT cavabları ciddi problemin olmadığını təsdiqləyib.
Hər iki oyunçu UEFA Millətlər Liqasının Litva səfərində meydana çıxa biləcək.
Görüş sentyabrın 27-də keçiriləcək.
Kaunasdakı Darius və Girenas stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.