Beynəlxalq dərəcəli hakim Ülkər Umudova Beynəlxalq Şahmat Federasiyası - FİDE tərəfindən xüsusi mükafata layiq görülüb.
Sport1.az xəbər verir ki, məqsədi qadınların şahmatdakı rolunun inkişafına yönələn "Beyond the Board: Women, Innovation and the Business of Chess" toplantısında Ülkər Umudovaya qadın şahmatının inkişafına verdiyi töhfələrə görə təltif edilib.
Mükafatlandırma Səmərqənddə baş tutub.