Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sport1.az xəbər verir ki, Şimali Makedoniya Respublikasının idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Görüş zamanı Azərbaycan ilə Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.