son dəqiqə SON DƏQİQƏ
Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Millimiz hesabı bərabərləşdirdi ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ● Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ●

ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb

Bölmə adı Digər
Yayımlandı Bu gün, 18:38

Bu gün Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sport1.az xəbər verir ki, ASA-nın rektoru Fuad Hacıyevin də iştirak etdiyi tədbirdə Memorandum ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev tərəfindən imzalanıb.

Anlaşmanın əsas məqsədi təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və proqramların həyata keçirilməsi, güləş idman növünün inkişafına və kütləviləşdirilməsinə, eləcə də yüksəkixtisaslı idman mütəxəssislərinin hazırlanmasına dəstək göstərilməsidir.

Memorandum çərçivəsində idmançıların, məşqçilərin, hakimlərin və digər idman mütəxəssislərinin peşəkar hazırlığı və inkişafı, tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması, birgə yarış, seminar, təlim və ustad dərslərin təşkili, həmçinin tədqiqatların aparılması istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum ASA-nın tədris, elm və ömürboyu təhsil imkanları ilə AGF-nin idman infrastrukturu və praktiki təcrübəsindən qarşılıqlı istifadəyə, istedadlı və perspektivli idmançıların müəyyənləşdirilməsi və inkişafına, tələbə və gənclərin idmana cəlb olunmasına imkan yaradır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR