son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Millimiz hesabı bərabərləşdirdi ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ● Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ●

Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər

Bölmə adı Digər
Yayımlandı Bu gün, 15:42

İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya Çempionatına ev sahibliyi edir.

Sport1.az xəbər verir ki, nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri - Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.

Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər.

Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb.

Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar.

Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyümüz isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəliblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR