UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisi səfərdə Litva seçməsi ilə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər idarə edəcəklər.
Qarşılşamanı FİFA referisi Menelaos Antoniou idarə edəcək.
Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcək.
Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.
Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək.