"Şəfa" qapıçı Tiaqo Silvano heyətinə qatıb.
Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sona qədər müqavilə imzalanıb.
Portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - "Zirə"də keçirib.
"Benfika"nın yetirməsi olan Tiaqo Silva ölkəsində "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.