son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

Zaur Həşimov bu görüşü Berezutski üçün şans hesab edir - AÇIQLAMA

Bölmə adı Kubok
Yayımlandı 31-05-2025, 14:56

Bu gün Azərbaycan Kubokunun finalı keçiriləcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.

Qarşılaşmanın favoriti kimdir? Hansı klub Azərbaycan Kubokunun qalibi olacaq? Suallarımızı Zaur Həşimova ünvanladıq. Mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:

"Sumqayıtda çox maraqlı və gərgin final izləyəcəyik. "Qarabağ"ın başlıca hədəfi "qızıl dubl" etmək olacaq. "Sabah" isə tarixdə ilk dəfə titul qazanmaq üçün döyüşəcək. Bu, Berezutskinin də böyük uğur qazanması üçün şansdır. Məşqçilərin mətbuat konfranslarındakı fikirlərini də nəzərə alsaq, heç bir tərəf güzəştə getmədən final fitinə qədər döyüşəcək. Hesab edirəm ki, hər iki komanda uğur qazana bilər. Şansları bərabər dəyərləndirirəm. Bu mövsüm "bayquşlar" Ağdam təmsilçisinə qarşı yaxşı mübarizə aparmağı da bacarıb. Masazır təmsilçisi oyuna maksimum motivasiya ilə çıxacaq. Bu matçda həm məşqçilərin, həm də yaxşı texnikaya malik fərdi futbolçuların duelini də görəcəyik. Hər iki klubumuza uğurlar arzu edirəm".

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR