SON DƏQİQƏ
“Mançester Yunayted”in ulduz futbolçusu komandanı tərk etməyə yaxındır.
Sport1.az xəbər verir ki, Bruno Fernandeş karyerasını başqa klubda davam etdirə bilər. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçinin “Əl-Hilal”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, portuqaliyalı oyunçu 2024/25 mövsümündə “qırmızı şeytanlar”ın forması ilə 57 qarşılaşmada meydana çıxıb və 19 qola, 20 məhsuldar ötürməyə imza atıb.