son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

"Qubada futbol yaşamalı və daha iləri getməlidir" - Cavid İmamverdiyev

Bölmə adı II Liqa
Yayımlandı 30-05-2025, 19:20

Cavid İmamverdiyevin Sport1.az-a müsahibəsi...

- Ümumi mövsümlə bağlı fikirlərin maraqlıdır...
- Bu il bizim üçün çətin keçdi. Bəlkə də pley-off oynamamalıydıq. Rahat şəkildə I Liqaya çıxmaq şansımız var idi. Lakin, bəzi oyunlarda itirdiyimiz xallar bizi çox geriyə saldı. 14 oyunçu ilə əlimizdən gələni etmək üçün çalışdıq.

- I Liqaya yüksəlmək üçün nə çatmadı?
- Keyfiyyət. Bu mövzuyla bağlı bir sözüm də var: Hər liqanın öz oyunçusu var. "Difai" I Liqada zəif təsir bağışlasa da, keyfiyyət və təcrübə baxımından çox yaxşı kollektivdir. Şanslarımız olsa da, əlimizdən gələn bu, idi. Qeyri-adi bir şey etmək olardı, amma, alınmadı.

- Azarkeşləriniz mövsüm ərzində liqaya maraq qatdılar...
- Quba futbola ac regiondur. Düşünürəm ki, burada futbolun və stadionumuzun yaxşı vəziyyətdə olmağı bizim üçün üstünlük idi. Matçdan sonra azarkeşlərlə söhbətdə mən onlara söz verdim ki, gələn mövsüm "Hypers Quba" II Liqada çempion olacaq! Düşünürəm ki, Qubada futbol yaşamalı və daha iləri getməlidir...

- Gələn mövsüm üçün hansı planlarınız var?
- Bununla bağlı tam nə isə deyə bilmərəm. Klubumuzun prezidenti yəqin ki, müsahibələrində bu mövzunu daha ətraflı və dəqiq şəkildə izah edəcək.

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR