Fransa klubu "Fənərbağça"nın üzvü ilə maraqlanır

Bölmə adı Türkiyə
Yayımlandı 28-05-2025, 19:47

"Fənərbağça" bir futbolçusu ilə yolları ayırmaq üzrədir.

Sport1.az xəbər verir ki, söhbət Brayt Osayi-Samueldən gedir. Nigeriyalının İstanbul təmsilçisi ilə mövsümün sonu müqaviləsi başa çatır. Müdafiəçi ilə "Renn" yaxından maraqlanır. Fransa təmsilçisi oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Osayi-Samuel bu mövsüm 38 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR