son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

"Azərbaycanı hər zaman qürurla təmsil edirəm"

Bölmə adı Cüdo
Yayımlandı 23-05-2025, 15:05

Latviyanın paytaxtı Riqada təşkil olunan veteranlar arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Fərhad Rəcəbli (90 kq) çıxışını dəyərləndirib.

Sport1.az xəbər verir ki, o, bu barədə Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlama verib.

Rəcəbli 11-ci dəfə bu yarışda birinci yeri tutduğu üçün xoşbəxt olduğunu söyləyib:

"Hər şey gözlədiyim kimi keçdi. Rəqiblərimin üçü də güclü idi. Özümü turnirə yaxşı hazırlamışdım. Final qarşılaşması xüsusilə yaddaqalan oldu".

65 yaşlı veteran idmançı 12 yaşından fasiləsiz cüdo ilə məşğul olduğunu vurğulayıb:

"Mənə motivasiya verən şey sadədir. Cüdo uzun zamandır həyatımın bir parçası olub. Yaxınlarım məndən yeni medallar gözləyir. Bəzən bu nailiyyətlərə məndən daha çox sevinirlər. Bunları şöhrət üçün etmirəm. Cüdoya olan sevgim və ölkəm üçün medallar qazanıram. Azərbaycanı hər zaman qürurla təmsil edirəm. Bu idman növü asan deyil. Amma mənə hər şey verib. Bunun üçün cüdoya minnətdaram".

Qeyd edək ki, Fərhad Rəcəbli (90 kq) M-8 yaş kateqoriyasında mübarizə aparıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR