son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

“Tottenhem” Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

Bölmə adı Avropa Liqası
Yayımlandı 22-05-2025, 01:04

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Sport1.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.

Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Görüşü almaniyalı referi Feliks Zoyer idarə edib. Həlledici qarşılaşma “Tottenhem”in minimal hesablı qələbəsi ilə başa çatıb.

“Tottenhem” 1 - 0 “Mançester Yunayted”
Qol: Brennan Conson 42’

Finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb. UEFA Avropa Liqasında indiyədək ən çox çempionluq yaşamış komanda isə İspaniya təmsilçisi “Sevilya”dır - 7 dəfə.

Turnirin tarixində ən çox qol vuran futbolçu İsveç millisinin sabiq üzvü Henrik Larsendir. 59 yaşlı keçmiş yarımmüdafiəçi 40 qolla bombardirlər siyahısına başçılıq edir.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR